2014-09-25
Nazir Elmar Məmmədyarov Seynt Vinsent və Qrenadinin xarici işlər naziri ilə görüşmüşdür

Nazir Elmar Məmmədyarov BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində 2014-cu ilin 24 sentyabr tarixində Seynt Vinsent və Qrenadinin xarici işlər naziri Kamillo Qonzalves ilə görüşmüşdür.

Görüş zamanı ki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi, müqavilə- hüquq bazasının genişləndirilməsi, qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsi, iqtisadi layihələrin icrası və beynəlxalq təşkilat çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

növbəti xəbər əvvəlki xəbər