2014-09-24
Nazir Elmar Məmmədyarov Sinqapurun xarici işlər naziri K Şanmuqan ilə görüş keçirmişdir

Nazir Elmar Məmmədyarov 2014-cü ilin 23 sentyabr tarixində BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində Sinqapurun xarici işlər naziri K Şanmuqan ilə görüş keçirmişdir.

Görüş zamanı tərəflər ölkələrimiz arasında münasibətlərin cari durumunu yüksək qiymətləndirmiş və iqtisadi və mədəni sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün ikitərəfli müqavilə-hüquq bazasının daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etmişlər. Habelə, qarşılıqlı səfərlər mübadiləsinin intensivləşdirilməsinin münasibətlərin daha da inkişaf etdirilməsində əhəmiyyəti vurğulanmışdır.

Nazir Elmar Məmmədyarov sinqapurlu həmkarına Ermənistan-Azərbaycan münaqişəsinin cari durumu və aparılan danışıqlar prosesi haqqında məlumat vermişdir.

Nazir Elmar Məmmədyarov K Şanmuqanı ölkəmizə rəsmi səfərə dəvət etmiş və onun tərəfindən bu dəvət məmnuniyyətlə qəbul etmişdir.

növbəti xəbər əvvəlki xəbər