2014-09-24
Nazir Elmar Məmmədyarov Argentinanın xarici işlər naziri ilə görüşmüşdür

Nazir Elmar Məmmədyarov BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində 2014-cü ilin 23 sentyabr tarixində  Argentinanın xarici işlər naziri Hektor Markos Timerman ilə görüş keçirmişdir.

Argentinalı nazir beynəlxalq təşkilatlar çəçivəsində hər iki ölkənin faydalı əməkdaşlıq etdiyini vurğulayaraq, ikitərəfli münasibətlərin mövcud səviyyəsini yüksək qiymətləndirmişdir. 

Nazir Elmar Məmmədyarov argentinalı həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu və aparılan danışıqlar prosesi haqqında məlumat vermişdir.

Nazir Elmar Məmmədyarov Hektor Markos Timermanı  ölkəmizə rəsmi səfərə dəvət etmiş və o, bu dəvəti məmnuniyyətlə qəbul etmişdir.

Görüş əsnasında iki ölkə arasında turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları və regionda və dünyada baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılmışdır. 

növbəti xəbər əvvəlki xəbər