2014-09-24
Nazir Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri ilə görüşmüşdür

Nazir Elmar Məmmədyarov 2014-cü ilin 23 sentyabr tarixində BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Ermənistanın xarici işlər naziri Eduard Nalbəndyan ilə görüşmüşdür. 

Görüşdə münaqişənin həlli istiqamətində aparılan danışıqlar davam etdirilmiş və prezidentlərin Parisdə keçirilməsi nəzərdə tutulan görüşünə hazırlıq məsələləri müzakirə edilmişdir. 

növbəti xəbər əvvəlki xəbər