2014-09-23
Nazir Elmar Məmmədyarov Ceyms Uorlik ilə görüşmüşdür

Nazir Elmar Məmmədyarov BMT Baş məclisinin 69-cu sessiyasında iştırakı çərçivəsində 23 sentyabr 2014-cü il tarixində ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik ilə görüşmüşdür.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müzakirələr aparılmışdır.

Nazir Elmar Məmmədyarov Azərbaycanın mövqeyini bir daha vurğulamış və münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu demişdir.

növbəti xəbər əvvəlki xəbər