2014-09-22
Nazir Elmar Məmmədyarov ABŞ-ın Nyu-York şəhərinə işgüzar səfər etmişdir

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirak etmək məqsədilə 2014-cü ilin 22 sentyabr tarixində ABŞ-ın Nyu-York şəhərinə işgüzar səfər etmişdir. 

Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun BMT-nin 69-cı sessiyasında iştirakı və sessiyanın ümumi müzakirələr hissəsində çıxışı, BMT-nin müxtəlif məsələlərə həsr olunmuş iclaslarında iştirakı və ikitərəfli və çoxtərəfli əsasda çoxsaylı görşüləri nəzərdə tutulmuşdur. 

növbəti xəbər əvvəlki xəbər