2014-07-17
Nazir Elmar Məmmədyarov ABŞ-ın Azərbaycandakı səfirini qəbul etmişdir

Cari ilin 17 iyul tarxində nazir Elmar Məmmədyarov ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Görüşdə ikitərəfli münasibətlərin inkişafı istiqamətində görülmüş işlər müzakirə edilmiş və bir sıra sahələrdə əməkdaşlıq prespektivlərinə dair fikir mübadiləsi aparılmışdır.
 
Nazir Elmar Məmmədyarov Riçard Morninqstarıa gələcək fəaliyyətində uğurlar arzulamışdır. 
 
növbəti xəbər əvvəlki xəbər