2014-07-11
Nazir Elmar Məmmədyarov Norveçin Azərbaycandakı səfirini qəbul etmişdir

Cari ilin 11 iyul tarixində nazir Elmar Məmmədyarov Norveç Krallığının Azərbaycan Respublikasındakı səfiri Erling Skjonsbergi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul etmişdir.

Nazir Elmar Məmmədyarov səfir Erling Skjonsbergə Azərbaycan Respublikası ilə Norveç Krallığı arasında dostluq və əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələrə görə təşəkkür etmişdir.

Səfir Erling Skjonsberg diplomatik fəaliyyətinin həyata keçirilməsi üçün göstərilmiş dəstəyə görə Azərbaycan Respublikasına təşəkkür edərək, Azərbaycandan ən xoş təəssüratlarla ayrıldığını söyləmişdir.

Nazir Elmar Məmmədyarov səfir Erling Skjonsbergə gələcək diplomatik fəaliyyətində uğurlar arzulamışdır. 

növbəti xəbər əvvəlki xəbər