2014-07-11
Nazir Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının energetika naziri ilə görüşmüşdür

Cari ilin 11 iyul tarixində nazir Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının energetika naziri Maykl Fallonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələr üzrə inkişafından məmnunluq ifadə olunaraq, xüsusilə enerji sektorunda mövcud uğurlu əməkdaşlığın kəsb etdiyi əhəmiyyət qeyd olunmuşdur. Azərbaycanın iqtisadiyyatının sürətli inkişafını və şaxələndirilməsi meyllərini nəzərə alaraq, qeyri-enerji sektoru üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılmışdır.

Görüş əsnasında eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər və regional enerji layihələri ətrafında müzakirələr aparılmışdır. 

növbəti xəbər əvvəlki xəbər