2014-07-09
Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasında rəsmi səfərdə olan Nikaraquanın xarici işlər naziri Samuel Santos Lopezin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir

Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasında rəsmi səfərdə olan Nikaraquanın xarici işlər naziri Samuel Santos Lopezin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Nazir Elmar Məmmədyarov bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edərək, Azərbaycanın Latın Amerikası ölkələri ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini qeyd etmişdir.
 
Görüşdə ikitərəfli siyasi-iqtisadi əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və xarici işlər nazirlikləri arasında mütəmadi əsasda məsləhətləşmələrin aparılmasına dair fikir mübadiləsi aparılmışdır.  
 
Nazir Samuel Santos Lopez Azərbaycanı Nikaraquaya sərmayələr yatırmağa dəvət etmişdir.
 
növbəti xəbər əvvəlki xəbər