2014-07-04
Bakıda Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin beşinci müşavirəsi keçiriləcəkdir

7-10 iyul 2014-cü il tarixində Bakıda Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin beşinci müşavirəsi keçiriləcəkdir.

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsi iki ildən bir keçirilir.

Müşavirədə Azərbaycan Respublikasının xarici siyasətinin gündəliyində duran aktual məsələlər və gələcək fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılacaqdır.

növbəti xəbər əvvəlki xəbər