2013-12-23
Nazir Elmar Məmmədyarov Çex Respublikasının ölkəmizdəki səfiri Radek Matulanı qəbul etmişdir

Cari ilin 23 dekabr tarixində nazir Elmar Məmmədyarov Çex Respublikasının ölkəmizdəki səfiri Radek Matulanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Görüşdə nazir Elmar Məmmədyarov Azərbaycan ilə Çexiya arasındakı münasibətlərin inkişafından məmnunluğunu bildirmiş və çexiyalı diplomata gələcək fəaliyyətində uğurlar arzulamışdır. 

Çex Respublikasının səfiri ölkəmizdən olduqca xoş təəssüratla ayrıldığını qeyd etmiş və ölkəmizdə onun fəaliyyəti üçün yaradılmış şəraitə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirmişdir.

Həmçinin görüş zamanı qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. 

növbəti xəbər əvvəlki xəbər