2013-12-19
Azərbaycan YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitənin vitse-prezidenti seçilib

Cari ilin 18 dekabr tarixində Parisdə YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitənin növbəti səkkizinci sessiyası öz işinə başlamışdır. 

Sessiyanın əvvəlində Komitənin Bürosuna yeni üzvlər seçilmişdir. Büroya Komitənin prezidenti qismində Belçika, vitse-prezidentlər qismində Azərbaycan, Misir, Kamboca və Mali, məruzəçi qismində isə Salvador seçilmişlər. 

Azərbaycan davamlı olaraq artıq iki il Büroya üzv seçilir ki, bu da ölkəmizin Komitədə fəallığından və əldə etdiyi nüfuzdan xəbər verir. Ölkəmizin yenidən Büroya üzv seçilməsi Komitənin 2014-cü ildə keçiriləcək gələcək sessiyasının gündəliyinin müəyyən edilməsi, milli maraqlarımızın Komitənin sənədlərində nəzərə alınması və ən önəmlisi, ölkəmizin təşəbbüs etdiyi işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması ilə bağlı məsələnin davamlı olaraq Komitədə müzakirə edilməsinə imkan yaradacaqdır. 

növbəti xəbər əvvəlki xəbər