2013-12-17
Səfir Daşqın Şikarov Pakistan Milli Assambleyasının sədri ilə görüşmüşdür
Səfir Daşqın Şikarov Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Sərdar Ayaz Sadıq  ilə  görüşmüşdür. 
 
Görüş əsnasında səfir Daşqın Şikarov Sərdar Sadiqi Pakistan Milli Assambleyasının sədri vəzifəsinə seçilməsi və üzvü olduğu Pakistan müsəlman Liqasının seçkilərdə inamlı qələbə çalması münasibəti ilə təbrik etmişdir. 
 
Pakistanın Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizə verdiyi dəstəyə və Ermənistanı işğalçı siyasəti ilə bağlı bir ölkə kimi tanımadığına görə minnətdarlığını bildirən səfir Daşqın Şikarov, Pakistan qanunverici orqanının yuxarı palatası tərəfindən Xocalı soyqırımını tanıyan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin qəbul edilməsi ilə Pakistanın bir daha  ədalət və beynəlxalq hüquq prinsiplərinə sadiqliyini və Azərbaycana olan səmimi qardaşlıq münasibətini nümayiş etdirdiyini vurğulamışdır. 
 
Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadıq  xalqlarımız arasındakı, tarixi, mədəni və dini oxşarlıqları  qeyd edərək, bu bənzərliklərin iki ölkə münasibətlərinin inkişafına töhfə verdiyini bildirmişdir. O, ölkəsinin Azərbaycanı Ermənistan-Azərbaycan münaqişəsində tam dəstəklədiyini və bunun işğal olunmuş torpaqların tam azad olunana qədər davam edəcəyini qeyd etmişdir.
 
Görüşdə Azərbaycan-Pakistan münasibətlərinin siyasi, iqtisadi, hərbi, mədəni  və humanitar sahələrdə daha inkişaf perspektivləri müzakirə olunmuş və bu xüsusda, hər iki ölkənin parlamentləri arasında olan əməkdaşlığın vacibliyi vurğulanmışdır.   
 
  
növbəti xəbər əvvəlki xəbər