2013-12-17
Nazir Elmar Məmmədyarov Albaniyanın xarici işlər naziri Ditmir Buşatini qəbul etmişdir

Cari ilin 17 dekabr tarixində nazir Elmar Məmmədyarov “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Albaniya Respublikasının xarici işlər naziri Ditmir Buşatini qəbul etmişdir.

Nazir Elmar Məmmədyarov ölkəsinin ədalətli mövqeyini nümayiş etdirdiyinə və Azərbaycanın haqqlı mövqeyini dəstəklədiyinə görə Albaniya xarici işlər naziri Ditmir Buşatiyə öz təşəkkürünü bildirmişdir. Həmçinin nazir Elmar Məmmədyarov regionda sülhün və davamlı inkişafın təmin olunması üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının zəruri olduğunu diqqətə çatdırmışdır. 

Öz növbəsində albaniyalı nazir ölkəsinin Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlı olduğunu qeyd etmişdir.

Görüşdə Azərbaycanla Albaniyanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluq ifadə olunmuş və tərəflər üçün maraq kəsb edən beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

  

  

növbəti xəbər əvvəlki xəbər