2013-12-17
Nazir Elmar Məmmədyarov İtaliyanın xarici işlər naziri Emma Boninonu qəbul etmişdir
Cari ilin 17 dekabr tarixində nazir Elmar Məmmədyarov “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində iştirak etmək üçün Azərbaycanda səfərdə olan İtaliya Respublikasının xarici işlər naziri Emma Boninonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
 
Nazir Emma Bonino Azərbaycana səfərindən məmnun olduğunu bildirmiş və "Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması ilə bağlı Azərbaycan tərəfini təbrik etmişdir.
 
Görüşdə Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunmuşdur. Azərbaycan-Aİ münasibətləri, o cümlədən ölkəmizin avro-atlantik strukturlara inteqrasiyası müzakirə olunmuşdur.
 
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət və regionda təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətini vurğulamışdır.
 

 

növbəti xəbər əvvəlki xəbər