2013-12-12
Nazir Elmar Məmmədyarov Pakistanın ölkəmizdəki səfiri İkramullah Məhsudu qəbul etmişdir
Cari ilin 12 dekabr tarixində nazir Elmar Məmmədyarov Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İkramullah Məhsudu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. 
 
Görüşdə iki dost və qardaş ölkə arasında münasibətlərin hazırkı durumundan, xüsusilə siyasi əlaqələrin yüksək səviyyəsindən və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə olundu. 
 
Nazir Elmar Məmmədyarov səfir İkramullah Məhsudun ölkəmizdəki fəaliyyətini təqdir etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı. Pakistanlı diplomat öz növbəsində ölkəmizdə çalışdığı müddət ərzində ona yaradılmış şəraitdən məmnunluq bildirdi və iki ölkə arasında əlaqələrin bundan sonra da yüksək səviyyədə qalacağına əminlik ifadə etdi. 
növbəti xəbər əvvəlki xəbər