2013-12-11
Nazir Elmar Məmmədyarov SƏK Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif Əhməd Əl-Osmanı qəbul etmişdir
Cari ilin 11 dekabr tarixində nazir Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri, Səudiyyə Ərəbistanı-Azərbaycan Hökumətlərarası birgə Komissiyanın həmsədri Əbdüllətif Əhməd Əl-Osmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
 
Görüşdə Əbdüllətif Əhməd Əl-Osman iki ölkə arasında iqtisadi fəaliyyətin artımından məmnunluq ifadə edərək, Azərbaycanın bu sahədə apardığı düşünülmüş və ardıcıl siyasətini qeyd etmişdir.
 
Nazir Elmar Məmmədyarov Əbdüllətif Əhməd Əl-Osmanın başçılıq etdiyi nümayəndə heyətininin ölkəmizə səfərini yüksək qiymətləndirmiş və sözügedən səfərin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyini vurğulamışdır. Səfərin hər iki ölkədə investisiya üçün geniş imkanların yaradılmasına xidmət edəcəyini qeyd etmişdir. Həmçinin Nazir Elmar Məmmədyarov qonaqlara regional layihələr haqda məlumat vermişdir. 
 
Ermənistan-Azərbaycana münaqişəsi haqda danışan nazir Elmar Məmmədyarov, Ermənistanın işğalçı siyasətinin regionun inkişaflna mənfi təsir göstərdiyini vurğulamışdır.
 

Əbdüllətif Əhməd Əl-Osman iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd etmişdir. Həmçinin o, ölkəmizə səfərindən məmnun qaldığını və burada SƏK nümayəndə heyətinə göstərilmiş qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir. 

  

 

növbəti xəbər əvvəlki xəbər