2013-12-09
Nazir Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Qvineyaya yola düşmüşdür
Nazir Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti 9-11 dekabr tarixlərində Qvineyanın paytaxtı Konakri şəhərində “Sivilizasiyalararası dialoq: sülh və davamlı inkişaf amili” adı altında keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri şurasının 40-cı sessiyasında iştirak etmək üçün Qvineyaya yola düşmüşdür.
 

Tədbirdə nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulmuşdur. 

növbəti xəbər əvvəlki xəbər