2013-12-08
Brüsseldə Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclası keçiriləcəkdir
9 dekabr tarixində Brüsseldə Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclası keçiriləcəkdir.
 
İclasda Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcəkdir.
 
Avropa İttifaqını hazırda Avropa İttifaqının sədri qismində çıxış edən Litva Respublikası və Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Avropa Komissarı Ştefan Füle təmsil edəcəkdir.
 
Rotasiya prinsipi üzrə hazırkı iclasa Azərbaycan sədrlik edəcəkdir.
 

İclas zamanı Ermənistan-Azərbaycan münaqişəsi, enerji və nəqliyyat sahəsində əməkdaşlıq, Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq, Avropa İttifaqının yardım proqramlarının və gələcək əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulmuşdur. 

növbəti xəbər əvvəlki xəbər