2013-12-06
Nazir Elmar Məmmədyarov isveçrəli həmkarı Didier Burxalter ilə görüşmüşdür
ATƏT-in Nazirlər Şurasının 20-ci iclasında iştirak etmək məqsədilə Ukraynada səfərdə olan nazir Elmar Məmmədyarov isveçrəli həmkarı Didier Burxalter ilə görüşmüşdür.
 
Görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilmişdir.
 
Didier Burxalter ölkəsinin 2014-cü ildə ATƏT-ə sədrliyi dövründə təşkilatla Azərbaycan arasında əməkdaşlıq məsələləri və Ermənistan Azərbaycan münaqişəsinin həlli istiqamətində danışıqlara dəstək verməyə hazır olduğunu bildirmişdir.
 

Nazir Elmar Məmmədyarov münaqişənin həlli ilə əlaqədar Azərbaycanın mövqeyini həmkarının diqqətinə çatdırmış və sülh prosesində irəliləyişin əldə olunması üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının zəruriliyini qeyd etmişdir. 

növbəti xəbər əvvəlki xəbər