2013-12-06
Nazir Elmar Məmmədyarov Estoniya və Finlandiyadan olan həmkarları ilə ikitərəfli görüşlər keçirmişdir
ATƏT-in Nazirlər Şurasının 20-ci iclasında iştirak etmək məqsədilə Ukraynada səfərdə olan nazir Elmar Məmmədyarov Estoniya və Finlandiyadan olan həmkarları ilə ikitərəfli görüşlər keçirmişdir.
 
Görüşlərdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, hüquq-müqavilə bazasının möhkəmləndirilməsi və Aİ-Azərbaycan münasibətləri müzakirə edilmişdir. Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında Sazişin imzalanması yüksək qiymətləndirilmişdir.
 

Nazir Elmar Məmmədyarov Ermənistan Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar haqda qarşı tərəfə məlumat vermişdir.

növbəti xəbər əvvəlki xəbər