2013-12-05
Nazir Elmar Məmmədyarov Serbiyanın xarici işlər naziri İvan Mrkiç ilə görüşmüşdür
ATƏT-in Nazirlər Şurasının 20-ci iclasının açılış sessiyasında iştirak etmək məqsədilə Ukraynada səfərdə olan nazir Elmar Məmmədyarov Serbiya Respublikasının xarici işlər naziri İvan Mrkiç ilə  görüşmüşdür.
 
Görüş zamanı Azərbaycanla Serbiya arasında ikitərəfli münasibətlərdən, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və iqtisadiyyatın müxtəlif sahələrinə yatırılmış sərmayələrdən məmnunluq ifadə edilmişdir. Tərəflər siyasi dialoqun və yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyini vurğulamışlar.
 
Hər iki nazir Azərbaycan və Serbiyanın ərazi bütövlüyü məsələsində qarşılıqlı dəstəyin davam etdirilməsi zəruriliyini qeyd etmişlər. 
 
 
 

 

növbəti xəbər əvvəlki xəbər