2013-12-05
Nazir Elmar Məmmədyarov Ukraynanın Baş naziri Nikolay Azarov ilə görüşmüşdür
ATƏT-in Nazirlər Şurasının 20-ci iclasının açılış sessiyasında iştirak etmək məqsədilə Ukraynada səfərdə olan nazir Elmar Məmmədyarov, bu ölkənin Baş naziri Nikolay Azarov ilə görüşmüşdür.
 
Görüş zamanı Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə əlaqələrin hazırkı səviyyəsindən və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə edilmişdir. 
növbəti xəbər əvvəlki xəbər