2013-12-05
Nazir Elmar Məmmədyarov ATƏT-in parlament assambleyasının prezidenti Ranko Krivocapic ilə görüşmüşdür
Nazir Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının 20-ci iclasında iştirak etmək üçün Ukraynaya səfəri çərçivəsində ATƏT-in parlament assambleyasının prezidenti Ranko Krivocapic ilə görüşmüşdür. 
 

Görüş əsnasında Azərbaycan ilə ATƏT-in parlament assambleyası arasında əməkdaşlıq və parlament diplomatiyasının əhəmiyyəti qeyd olunaraq, 2014-cü ilin iyun ayında ATƏT parlament assambleyasının illik sessiyasının Bakıda keçirilməsi və bundan irəli gələn məsələlər müzakirə edilmişdir.  

növbəti xəbər əvvəlki xəbər