2013-12-05
Nazir Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının 20-ci iclasının açılış sessiyasında iştirakı çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirmişdir
ATƏT-in Nazirlər Şurasının 20-ci iclasının açılış sessiyasında iştirak etmək məqsədilə Ukraynada səfərdə olan nazir Elmar Məmmədyarov ATƏT-in Baş katibi Lamberto Zannier, eləcə də Gürcüstan, Belarus, Türkiyə və Qazaxıstan xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirmişdir. 
 
Görüşlər zamanı regional məsələlər, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli yolları, həmçinin ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilmişdir. 
növbəti xəbər əvvəlki xəbər