2013-12-04
Nazir Elmar Məmmədyarov Brüsselə səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirmişdir
NATO-nun və Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə töhfə verən dövlətlərin xarici işlər nazirlərinin iclasında iştirak etmək məqsədilə Brüsselə səfər edən xarici işlər naziri Elmar Məmmədyarov, səfər çərçivəsində Türkiyə, Xorvatiya, Estoniya, Gürcüstan, Rumıniya və Finlandiya xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirmişdir.  
  
Görüşlər zamanı tərəflər NATO-nun Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatı, regional məsələlər, eləcə də enerji təhlükəsizliyi və müxtəlif sahələri əhatə edən ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmişlər.

 

növbəti xəbər əvvəlki xəbər