2013-12-03
Nazir Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Brüssel şəhərinə yola düşmüşdür
Nazir Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin xarici işlər nazirlərinin 4 dekabr tarixində keçiriləcək iclasında iştirak etmək məqsədilə NATO-nun mənzil-qərargahının yerləşdiyi Brüssel şəhərinə yola düşmüşdür. 
 
İclasda Nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulmuşdur.  
 
Məlumat üçün bildiririk ki, Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olaraq, habelə ISAF əməliyyatlarında verdiyi əhəmiyyətli töhfələrə görə təşkilatın yeni missiyasında potensial əməliyyat tərəfdaşı kimi qəbul edilmişdir.  
növbəti xəbər əvvəlki xəbər