2013-12-02
Azərbaycanın Litvadakı Səfirliyi 11-ci Beynəlxalq milad xeyriyyə yarmarkasında iştirak etmişdir
Cari ilin 30 noyabr tarixində Azərbaycanın Litvadakı Səfirliyi bu ölkədə akkreditə olunmuş qırxdan artıq diplomatik nümayəndəliyin iştirakı ilə Ratuşada keçirilmiş 11-ci Beynəlxalq milad xeyriyyə yarmarkasında iştirak etmişdir. 
 
Tədbirin keçirilməsinin əsas məqsədi yarmarkada satışa çıxarılan məhsullardan əldə olunan vəsaitlərin Litvanın uşaq və ahıllar evlərinə, uşaq xəstəxanalarına köçürülməsi olmuşdur. Eyni zamanda, xeyriyyə yarmarkası iştirakçı ölkələrin tarixi irsinin, mədəniyyətinin və mətbəxinin təbliği baxımından da böyük əhəmiyyət daşıyır. 
 
Səfir Həsən Məmmədzadə xeyriyyə yarmarkasında iştirak edən Litva Prezidenti xanım Dalya Qribauskayteyə Azərbaycan guşəsində nümayiş olunan məhsullar haqqında qısa məlumat vermişdir. 
 
  
növbəti xəbər əvvəlki xəbər