2013-12-02
Nazir Elmar Məmmədyarov BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibi Sven Alkalayı qəbul etmişdir
Cari ilin 2 dekabr tarixində xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibi Sven Alkalayın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
 
Görüşdə Azərbaycanla sözügedən təşkilat arasında əməkdaşlığın hazırkı vəziyyəti və yaxın gələcəkdə inkişaf perspektivləri müzakirə edilmişdir. Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanması ölkəmizin bu təşkilat ilə əməkdaşlığında müsbət addım kimi xüsusi qeyd edilmişdir.
 
Sven Alkalay təmsil etdiyi təşkilatın Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini diqqətə çatdırmışdır. 
 
Tərəflər, həmçinin hüquq-müqavilə bazasının genişləndirilməsinin vacibliyini vurğulamışlar.
 
Sven Alkalay Azərbaycanda xarici sərmayədarlar üçün əlverişli biznes mühitin yaradılmasından məmnunluq ifadə etmiş və ölkə bazarının xarici iş adamları üçün cəlbedici olduğunu qeyd etmişdir.   
 
 
növbəti xəbər əvvəlki xəbər