2013-11-29
Azərbaycanın Argentinadakı Səfirliyində “Azərbaycanı kəşf et” adlı tədbir keçirilmişdir
Cari ilin 27 noyabr tarixində Azərbaycanın Argentinadakı Səfirliyində Argentina Xarici İşlər və Etiqad Nazirliyinin Milli Diplomatik Xidmət İnstitutunun (İSEN) tələbə və müəllim heyəti üçün “Azərbaycanı kəşf et” adlı tədbir keçirilmişdir. 
 
Tədbir Səfirlik və Azərbaycan Diplomatik Akademiyasının (ADA) məzunu, hazırda İSEN-də təhsil alan azərbaycanlı tələbə Elnarə Rzayevanın birgə təşkilatçılığı ilə təşkil olunmuşdur.
 
İSEN-in müəllim və tələbələrini salamlayan səfir Məmməd Əhmədzadə ölkəmizin tarixi, mədəniyyəti, bugünki reallığı, xarici siyasəti, sosial-iqtisadi inkişafı, Azərbaycan-Argentina münasibətləri barədə danışmışdır. İSEN və ADA arasındakı əməkdaşlığın iki ölkə arasındakı münasibətlərə verdiyi töhfələrdən bəhs edən Məmməd Əhmədzadə, bu xüsusda cari ilin avqust ayında İSEN-də Azərbaycanla bağlı, noyabr ayında isə ADA-da Argentina ilə bağlı keçirilmiş tədbirləri xüsusi vurğulamışdır.
 
Tədbirdə Azəbaycanın mədəni irsini, sosial həyatını, hazırkı inkişafını, xarici siyasət prioritetlərini, ölkəmizdə təşkil olunan beynəlxalq əhəmiyyətli tədbirləri, xüsusilə də 2015-ci il Birinici Avropa Olimpiya Oyunlarına hazırlığı əks etdirən videoçarxlar nümayiş etdirilmişdir.
 
Tədbirin sonunda iştirakçılara Azərbaycan haqqında müxtəlif nəşrlər paylanmışdır.
 
Tədbirdə Argentina XİN-in rəsmiləri də iştirak etmişlər.
 
  
  
növbəti xəbər əvvəlki xəbər