2013-11-29
Nazir müavini Araz Əzimov Braziliyada səfərdə olmuşdur
Cari ilin 25-27 noyabr tarixlərində xarici işlər nazirinin müavini Araz Əzimov Braziliyada səfərdə olmuşdur.
 
Səfər çərçivəsində nazir müavini Araz Əzimov və Braziliya xarici işlər nazirinin müavini Karlos Paranyos arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilmişdir. 
 
Məsləhətləşmələr zamanı tərəflər son 20 ildə iki ölkə arasındakı əlaqələrin inkişaf dinamikası və əldə olunmuş nailiyyətlər haqda müzakirələr aparmışlar. Həmçinin ikitərəfli münasibətlərin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri də diqqət mərkəzində olmuşdur. Tərəflər regional, beynəlxalq sülh və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparmışlar. 
 
Görüşdə qarşılıqlı səfərlərin intensivləşdirilməsinin, müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin, ikitərəfli və çoxtərəfli əsasda siyasi dialoq mexanizminin gücləndirilməsinin əhəmiyyəti vurğulanmışdır.   
 
Səfər zamanı nazir müavini Araz Əzimov Braziliya parlamentində, Braziliya müdafiə nazirliyində və digər qurumlarda yüksək səviyyəli görüşlər keçirmişdir.
növbəti xəbər əvvəlki xəbər