2013-11-29
Azərbaycanın CAR-dakı səfirliyi tərəfindən “Cənubi Afrikadan Azərbaycana. Alov keşikçilərinin macərası” adlı kitabın təqdimat mərasimi keçirilmişdir
Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı (CAR) Səfirliyindən verilən məlumata əsasən, cari ilin 26 noyabr tarixində CAR-ın Milli Kitabxanasında ölkəmizin CAR-dakı səfirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş sərgi çərçivəsində AR Gənclər və İdman Nazirliyi və Xarici İşlər Nazirliyinin dəstəyi ilə keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” adlı esse müsabiqəsinin qaliblərinin yazılarının toplandığı “Cənubi Afrikadan Azərbaycana. Alov keşikçilərinin macərası” adlı kitabın təqdimat mərasimi keçirilmişdir.
 
Təqdimat mərasimində səfir Elxan Poluxov qonaqlara kitab haqqında ümumi məlumat vermiş, sözügedən kitabın nəşrində əsas məqsədin CAR ictimaiyyətinə Azərbaycan haqqında dolğun məlumatların elə bu ölkənin vətəndaşlarının dilindən çatdırılması olduğunu bildirmişdir.
 
Mərasimdə, həmçinin kitabın çapında dəstək göstərmiş “Paramount” şirkətinin nümayəndəsi Ceyms Dey və müsabiqə qalibləri çıxış edərək, bu tədbirin keçirilməsinə və yaradılmış şəraitə görə öz minnətdarlıqlarını bildirmişlər.  
 
  
  
növbəti xəbər əvvəlki xəbər