2013-11-28
Vyetnam-Azərbaycan Parlamentlərarası dostluq qrupunun yaradılmasının rəsmi elan olunma mərasimi keçirilmişdir
27 noyabr 2013-cü il tarixində Vyetnam-Azərbaycan Parlamentlərarası dostluq qrupunun yaradılmasının rəsmi elan olunma mərasimi keçirilmişdir.
 
Tədbirdə Vyetnam Parlamentinin vitse-spikeri Uong Chu Luu, xarici işlər komitəsinin sədri Tran Van Hang və dostluq qrupuna daxil olan millət vəkilləri iştirak etmişlər.
 
Tədbirdə vitse-spiker Uong Chu Luu, Vyetnam-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri, eyni zamanda Parlamentin Təhlükəsizlik Komitəsinin sədr müavini Tran Dinh Nha, Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov çıxış etmişlər.
 
Çıxışlar zamanı Vyetnamla Azərbaycan arasında tarixən dostluq münasibətlərinin mövcud olduğu qeyd olunmuş və cari ildə Azərbaycanın Vyetnamda Səfirlyinin təsis olunması ilə iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlandığı vurğulanmışdır. Çıxış edənlər Vyetnam və Azərbaycanın sürətlə inkişaf etdiyini və iki ölkə arasında əlaqələri genişləndirmək üçün böyük potensialın mövcud oldğunu bildirmişlər. Çıxışlarda Vyetnam-Azərbaycan Parlamentlərarası dostluq qrupunun təsis olunmasının ikitərəfli münasibətlərin inkişaf etdirilməsi baxımından əlamətdar hadisə olduğu, Vyetnam və Azərbaycan Parlamentləri arasında əməkdaşlığın daha fəal həyata keçirilməsi üçün böyük önəm kəsb etdiyi vurğulanmışdır.
 
  
növbəti xəbər əvvəlki xəbər