2013-11-27
Nazir Elmar Məmmədyarov İspaniyanın sabiq xarici işlər nazirini qəbul etmişdir
Nazir Elmar Məmmədyarov İspaniyanın sabiq xarici işlər naziri Migel Anxel Moratinos və İspaniyanın Cenevrə və Moskvadakı sabiq səfiri olmuş Xuan Antonio Marçı qəbul etmişdir.
 
İspaniya nümayəndələri Azərbaycanda gördükləri sürətli və dinamik inkişafın onlarda müsbət təəssüratlar doğurduğunu qeyd etmişlər.   
 
Görüş əsnasında Azərbaycan ilə İspaniya arasında əlaqələrin daha da inkişaf etdirilməsi, enerji, turizm, sənaye, kənd-təsərrüfatı kimi sahələrdə əməkdaşlıq, ticarət əlaqələrinin təşviq edilməsi və birbaşa hava xəttinin açılması  məsələləri müzakirə edilmişdir.  
növbəti xəbər əvvəlki xəbər