2013-11-26
Nazir Elmar Məmmədyarov İran İslam Respublikasının xarici işlər naziri Cavad Zərif ilə görüşmüşdür

Nazir Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Tehranda keçirilən 21-ci iclası çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Cavad Zərif ilə görüşmüşdür.

Görüş əsnasında nazir Elmar Məmmədyarov İran İslam Respublikası ilə altılıq arasında Cenevrədə aparılan son danışıqların müsbət məcraya doğru yönəlməsinin Azərbaycan Respublikası tərəfindən alqışlandığını bildirmişdir.
 
Cavad Zərif 9 oktyabr tarixində Azərbaycanda keçirilmiş uğurlu prezident seçkiləri ilə əlaqədar Azərbaycan xalqını təbrik etmişdir.
 
Görüş zamanı ikitərəfli əsasda enerji, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunaraq, tezliklə hökumətlərarası birgə əməkdaşlıq komissiyanın iclasının keçirilməsi barəsində razılıq əldə olunmuşdur.
 
Sərhəddə yaranmış vəziyyət ilə əlaqədar tərəflər arasında fikir mübadiləsi aparılmışdır.
 
Nazir Elmar Məmmədyarov tərəfindən Cavad Zərif Azərbaycana səfərə dəvət olunmuşdur.
 
Dəvət İran İslam Respublikasının xarici işlər naziri tərəfindən məmnuniyyətlə qəbul edilmişdir.  
 
növbəti xəbər əvvəlki xəbər