2013-11-24
Pakistanın Bəlucistan əyalətinin Baş Naziri Abdul Malik Bəluc Azərbaycanın Pakistandakı səfirliyini ziyarət etmişdir

23 noyabr tarixində Pakistanın Bəlucistan əyalətinin Baş Naziri Abdul Malik Bəluc Azərbaycanın Pakistandakı səfirliyini ziyarət etmişdir. Görüş zamanı səfir  Daşqın Şikarov, Ermənistan-Azərbaycan münaqişəsi daxil olmaqla, bütün məsələlərdə Pakistanın Azərbaycana verdiyi dəstəyə görə A.M. Bəluca təşəkkür edərək, Azərbaycan xalqının da öz dəstəyini Pakistandan əsirgəmədiyini bildirmişdir.

Bəlucistan Əyalətinin Baş Naziri Abdul Malik Bəluc 30 Oktyabr - 04 Noyabr tarixlərində Bakı Humanitar Forumunda iştirak etdiyini bildirərək, ən yüksək səviyyədə təşkil olunmuş bu tədbirin əhəmiyyətini qeyd etmişdir.  Bildirmişdir ki, Azərbaycanın əldə  etdiyi tərəqqi, qeyri-neft sektorunun inkişafı, Azərbaycan xalqının qonaqpərvərliyi onu heyrətə gətirmişdir.
 
Abdul Malik Bəluc iki ölkə və xalqlar arasında münasibətlərin strateji xarakter daşıdığını qeyd edərək onların bütün sahələrdə inkişaf etdiyini vurğulamışdır. O, əyalətdə gedən proseslərdən, Avaran bölgəsində baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində əyalət və federal hökumət tərəfindən görülən işlər və digər məsələlər barəsində geniş məlumatlar vermiş, zəlzələdən dərhal sonra Azərbaycanın yardım təklifini yüksək qiymətləndirərək qardaş Azərbaycana təşəkkürünü bildirmişdir.  
 
Bəlucistan hökumətinin başçısı, Azərbaycanın Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri  Mehriban Əliyevanın dəstəyi ilə Qurban bayramında zəlzələ bölgəsində qurbanlıqlar kəsərək təbii fəlakətdən zərər çəkmiş insanlara paylanılmasını, həmçinin 2012-ci ildə əyalətin Kvetta və Zob şəhərlərində həyata keçirtdiyi humanitar layihələrə görə Azərbaycanın birinci xanımına Mehriban Əliyevaya öz dərin minnətdarlığını bildirmişdir.
 
 
növbəti xəbər əvvəlki xəbər