2013-11-26
Nazir Elmar Məmmədyarov Əfqanıstanın xarici işlər naziri Zarar Əhməd Osmani ilə görüş keçirmişdir

Nazir Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Tehranda keçirilən 21-ci iclası çərçivəsində Əfqanıstanın xarici işlər naziri Zarar Əhməd Osmani ilə görüş keçirmişdir. 

Görüş zamanı nazirlər tərəfindən ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunmuşdur. 
 
Nazir Elmar Məmmədyarov iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edərək, Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən layihələr barəsində məlumat vermişdir. 
 
Əfqanıstanın xarici işlər naziri Zarar Əhməd Osmani ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini deyərək, bütün sahələrdə Azərbaycan ilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulamışdır. 
 
Görüş əsnasında qarşılıqlı maraq doğuran məsələlər və regional əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.  
 
 
 
növbəti xəbər əvvəlki xəbər