2013-11-26
Nazir Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu ilə görüşmüşdür

Nazir Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Tehranda keçirilən 21-ci iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu ilə görüşmüşdür.

Görüş əsnasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilmiş və regional proseslərə dair fikir mübadiləsi aparılmışdır.
 
növbəti xəbər əvvəlki xəbər