2013-11-25
Nazir Elmar Məmmədyarov İslam əməkdaşlıq təşkilatının Baş katibi İkmələddin İhsanoğlunu qəbul etmişdir

Nazir Elmar Məmmədyarov İslam əməkdaşlıq təşkilatının Baş katibi İkmələddin İhsanoğlunu qəbul etmişdir. 

Görüş əsnasında Azərbaycan ilə İƏT arasında sıx əməkdaşlıq əlaqələrinin olmasına münasibətdə məmnunluq ifadə olunaraq, münasibətlərin daha da inkişaf etdirilməsi perspektivləri üzrə müzakirələr aparılmışdır. 

Baş katib İkmələddin İhsanoğlu Azərbaycanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında BMT TŞ və İƏT arasında tərəfdaşlığın gücləndirilməsi mövzusunda təşkil olunmuş iclasın xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək, İƏT-ə verdiyi dəstəyə, yardım və töhfələrə görə Azərbaycana dərin təşəkkürünü ifadə etmişdir.

Nazir Elmar Məmmədyarov İƏT çərçivəsində əməkdaşlığın Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri olduğunu deyərək, Baş katib İkmələddin İhsanoğlunun təşkilatın daha da inkişaf etməsinə və beynəlxalq sülh və təhlükəsizliyə töhfə verən mühüm təsisat kimi rolunun artmasına verdiyi töhfələrinin yüksək qiymətləndirildiyini vurğulamışdır.

 

    

 
növbəti xəbər əvvəlki xəbər