2013-11-25
Nazir Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının növbəti 21-ci iclasında iştirak etmək məqsədi ilə İran İslam Respublikasına səfər edəcəkdir

26 noyabr 2013-cü il tarixində xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Tehran şəhərində keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının növbəti 21-ci iclasında iştirak etmək məqsədi ilə bu ölkəyə səfər edəcəkdir.

İclas zamanı gündəliyə uyğun olaraq, təşkilat çərçivəsində ölkələr arasında əməkdaşlıq və təşkilatın inkişafı kimi bir sıra məsələlərin müzakirəsi nəzərdə tutulur. 
 
Qeyd olunmalıdır ki, bu ilki iclasda İƏT Nazirlər Şurasına sədrlik Azərbaycan Respublikasından İran İslam Respublikasına keçəcəkdir
 
növbəti xəbər əvvəlki xəbər