2013-11-22
Nazir Elmar Məmmədyarov Yaponiyanın Azərbaycana təyin olunmuş yeni səfiri Tsuquo Takahaşini qəbul etmişdir

Nazir Elmar Məmmədyarov Yaponiyanın Azərbaycana təyin olunmuş yeni səfiri Tsuquo Takahaşini qəbul etmişdir.

Səfir Tsuquo Takahaşi etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim etmişdir.
 
Nazir Elmar Məmmədyarov Tsuquo Takahaşini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etmiş və diplomatik fəaliyyətində ona uğurlar arzulamışdır.
 
Görüşdə Azərbaycan ilə Yaponiya arasında əlaqələrin inkişaf səviyyəsindən məmnunluq ifadə olunaraq, xüsusilə ölkələrimiz arasında enerji sahəsində uğurlu əməkdaşlıq, parlamentlərarası təmaslar və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələndirmənin mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunmuş və iqtisadi əlaqələrin daha da genişləndirilməsi üzrə fikir mübadiləsi aparılmışdır.
 
Səfir Tsuquo Takahaşi diplomatik fəaliyyəti müddətində iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirmişdir.
 
 
növbəti xəbər əvvəlki xəbər