2013-11-08
Nazir Elmar Məmmədyarov İranın xarici işlər nazirinin müavini ilə görüş keçirmişdir

Nazir Elmar Məmmədyarov 7-8 noyabr tarixlərində İndoneziyada keçirilən Demokratik Forumda iştirakı çərçivəsində İranın xarici işlər nazirinin müavini, İran nümayəndə heyətinin başçısı Morteza Sarmadi ilə görüş keçirmişdir. 

Görüş zamanı ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
 
 
növbəti xəbər əvvəlki xəbər