2013-11-06
Nazir Elmar Məmmədyarov Demokratiya Forumunda iştirak etmək üçün İndoneziyaya yola düşmüşdür

7-8 noyabr tarixlərində İndoneziyada keçiriləcək Demokratiya Forumunda iştirak etmək üçün Nazir Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkəyə yola düşmüşdür.

İllik əsasda keçirilən Demokratiya Forumunun bu ilki mövzusu “Plüralist cəmiyyətdə demokratiyanın gücləndirilməsi” olacaqdır.
 
Demokratiya Forumu 2008-ci ildə İndoneziyanın təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Forumun məqsədi bərabərlik, qarşılıqlı hörmət və anlaşma prinsiplərinə hörmət əsasında dialoq və qabaqcıl təcrübənin bölüşməsi vasitəsilə sülh və demokratiya sahəsində regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir. 
növbəti xəbər əvvəlki xəbər