2013-11-05
Nazir Elmar Məmmədyarov Küveyt Dövlətinin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul etmişdir

Nazir Elmar Məmmədyarov Küveyt Dövlətinin Azərbaycana yeni təyin olunmuş səfiri Səud Əbdüləziz Məhəmməd Əl-Şamlan Əl-Rumini qəbul etmişdir.

Səud Əbdüləziz Məhəmməd Əl-Şamlan Əl-Rumi etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim etmişdir.
 
Nazir Elmar Məmmədyarov Səud Əbdüləziz Məhəmməd Əl-Şamlan Əl-Rumini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etmiş və gələcək fəaliyyətində ona uğurlar arzulamışdır.
 
Görüşdə son illər ərzində iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olunmuş və mövcud əməkdaşlığın, xüsusilə iqtisadi əlaqələrin inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılmışdır.
 
Səfir Səud Əbdüləziz Məhəmməd Əl-Şamlan Əl-Rumi diplomatik fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirmişdir. 
 
 
növbəti xəbər əvvəlki xəbər