2013-11-01
Nazir Elmar Məmmədyarov Niderlandın xüsusi elçisini qəbul etmişdir

Nazir Elmar Məmmədyarov Niderlandın Xəzər regionu, Türkiyə və Rusiya üzrə enerji məsələlərinə dair xüsusi elçisi senator Rene van der Lindeni qəbul etmişdir.

Görüş əsnasında Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri, Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regionda cərəyan edən proseslər və ikitərəfli əsasda elm, səhiyyə və kənd-təsərrüfatı sahəsində əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparılmışdır.

 

növbəti xəbər əvvəlki xəbər