2013-10-31
Nazir Elmar Məmmədyarov Fransa Parlamentinin nümayəndə heyətini qəbul etmişdir

Nazir Elmar Məmmədyarov on altı nəfərdən ibarət olan Fransa Parlamentinin nümayəndə heyətini qəbul etmişdir.

Fransa nümayəndələri Bakıda keçirilən Humanitar Forumda iştirak etdiklərini qeyd edərək, Forumun yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini ifadə etmişlər.

Görüş əsnasında Azərbaycan ilə Fransa arasında ikitərəfli siyasi, iqtisadi, mədəni və parlamentlərarası əlaqələrin inkişafı və Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr dövləti kimi fəaliyyəti üzrə fikir mübadiləsi aparılmışdır. Azərbaycanın Fransanın regionları ilə əməkdaşlığının inkişaf etməsinə münasibətdə məmnunluq ifadə olunmuşdur.  

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində fransalı millət vəkillərinin çoxsaylı suallarını cavablandıraraq, münaqişənin həll edilməsinə dair Azərbaycanın mövqeyi barəsində ətraflı məlumat vermişdir.
növbəti xəbər əvvəlki xəbər