2013-10-31
Nazir Elmar Məmmədyarov Argentinanın Milli Assambleyasının üzvlərini qəbul etmişdir

Nazir Elmar Məmmədyarov Argentinanın Milli Assambleyasının üzvləri Roberto Mouilleron və Julia Argentina Perieni qəbul etmişdir.

Argentina nümayəndələri Bakıda keçirilən Humanitar Forumda iştirak etdiklərini qeyd edərək, Forumun yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini ifadə etmişlər.  

Görüş əsnasında Azərbaycan ilə Argentina arasında ikitərəfli siyasi əlaqələrin və parlamentlərarası təmasların inkişafına və beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlığa münasibətdə məmnunluq ifadə olunmuşdur.
 
İqtisadiyyat, xüsusilə kənd-təsərrüfatı, mədəniyyət və turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.
 
 
növbəti xəbər əvvəlki xəbər