2013-10-31
Nazir Elmar Məmmədyarov Ukraynanın Xarici işlər nazirinin birinci müavinini qəbul etmişdir

Nazir Elmar Məmmədyarov Ukraynanın Xarici işlər nazirinin birinci müavini Ruslan Demçenkonu qəbul etmişdir. 

Ruslan Demçenko Azərbaycanda keçirilmiş prezident seçkiləri və hökumətin yeni tərkibinin formalaşdırılması münasibətilə səmimi təbriklərini ifadə edərək, Azərbaycan ilə Ukrayna arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.

Bakıda keçirilən Humanitar forumda iştirak etdiyini deyən Ruslan Demçenko Forumun yüksək səviyyədə təşkil edildiyini və Ukraynanın geniştərkibli nümayəndə heyəti ilə təmsil olunduğunu vurğulamışdır.

Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Ukrayna arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişafı üçün qarşılıqlı möhkəm siyasi iradənin və geniş potensialın olduğunu qeyd edərək, Ukraynanın ATƏT-in Fəaliyyətdə olan sədri statusunda fəaliyyətini yüksək qiymətləndirildiyini bildirmişdir.

Görüş əsnasında hökumətlərarası birgə komissiyanın qarşıdan gələn iclası, Xarici işlər nazirlikləri arasında məsləhətləşmə mexanizminin gücləndirilməsi və qarşılıqlı səfərlərin təşkil edilməsi məsələləri üzrə müzakirələr aparılmışdır. 

 

 
növbəti xəbər əvvəlki xəbər