2013-10-31
Vyetnam hava limanlarında Azərbaycan vətəndaşları üçün viza rəsmiləşdirilməsi həyata keçiriləcəkdir

Vyetnam Sosialist Respublikasının Azərbaycanda Səfirliyinin olmadığından Vyetnama səfər etmək istəyən Azərbaycan vətəndaşları viza almaqda çətinlik çəkirdilər. Məsələ ilə bağlı Azərbaycanın Vyetnamdakı Səfirliyi Vyetnam Xarici İşlər Nazirliyində keçirdiyi görüşlər zamanı Azərbaycan vətəndaşlarının Vyetnama viza alması prosedurlarının sadələşdirilməsi məsələsini qaldırmışdır. Aparılan məsləhətləşmələr nəticəsində Azərbaycan vətəndaşlarına viza verilməsi qaydaları sadələşdirilmişdir. Belə ki, Vyetnam aeroportlarında Azərbaycan vətəndaşları üçün viza rəsmiləşdirilməsi həyata keçirilə biləcək. Bunun üçün Vyetnam turizm şirkətləri tərəfindən müvafiq səyahət sənədlərinin təqdim olunması kifayətdir.

 
növbəti xəbər əvvəlki xəbər